Əli Əhmədov: ”Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-dan Azərbaycanın gözləntiləri böyükdür”

Əli Əhmədov: ”Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-dan Azərbaycanın gözləntiləri böyükdür”

"ABŞ-Azərbaycan münasibətləri normal səviyyədədir. Bu münasibətlərin bundan sonra da inkişaf etdirilməsi dövlətimizin xarici siyasətində önəmli yer tutur". SİA-nın məlumatına görə, bu fikirləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, zaman-zaman bəzi insanlar ölkəmizdəki reallıqları görməzlikdən gəlib, təhrif edən bəyanatlar səsləndirirlər: "Təbii ki, bu da Azərbaycan-ABŞ münasibətlərinə kölgə salmaqla bərabər təsirsiz də ötüşmür. Bu bəyanatlar Azərbaycan tərəfindən ən sərt şəkildə pislənilir. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-dan Azərbaycanın gözləntiləri böyükdür. İnanırıq ki, münaqişə ədalətli şəkildə, tezliklə həll olunacaqdır. Azərbaycana yeni təyin olunmuş səfirdən gözləntilərimiz də məhz münaqişənin həllində tərəfsiz mövqe tutmaq, reallıqları düzgün ifadə etməsidir. Səfir ilk növbədə ölkəmiz haqqında ABŞ-a düzgün məlumtalar verməklə, gedən proseslərə düzgün yanaşmalıdır. Elə işləməlidir ki, ABŞ-ın ayrı-ayrı dövlət nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, bəyanatlar iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə xidmət etsin".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə