YAP Zərdab rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

YAP Zərdab rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının nəzdində yaradılan Seçki Qərargahının təbliğat qrupu seçicilərlə növbəti görüşünü rayonun İsaxbağı, Böyük Dəkkə və Qaravəlli kəndlərində keçirib. SİA-nın məlumatına görə, görüşdə YAP Zərdab rayon təşkilatının sədr müavini, YAP Zərdab rayon qərargahının və təbliğat-təşviqat qrupunun üzvü Vüsalə Kərimova, Seçki Qərargahının üzvləri İlham Musayev, Məkkə Həmidova, YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvü, şair Mübariz Səfiyaroğlu iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən zərdablılar əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklər: "Bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün zərdabılılar yenədə fəalıq göstərəcəklər. Zərdab seçiciləri dəyişməz mövqedən çıxış edərək Yeni Azərbaycan Partiaysının Zərdab rayon təşkilatı tərəfindən namizədlikləri irəli sürülən nümayəndələrə səs verəcəklər. Bu seçkilərin də qalibi Yeni Azərbaycan Partiyası olacağına inanırıq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə