YAP Qaradağ rayon təşkilatında treyninq keçirildi

YAP Qaradağ rayon təşkilatında treyninq keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında treyninq keçirilmişdir. Tədbirdə millət vəkili Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, partiyanın bələdiyyə seçkilərinə olan namizədləri, seçki qərərgahının üzvləri, təbliğat – təşviqat qrupunun üzvləri iştirak ediblər.

YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün yaradılan şəraitdən danışıb. O qeyd edib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, şəffaf seçkilər keçirmək praktikası ilə də dünyaya bir nümunədir: "Təbii ki, bu namizədlərin qarşısında geniş imkanlar açır. Regiounun ən böyük siyasi gücü olan YAP namizədlərinin qələbəsinə inamımız böyükdür. Çünki YAP öz gücünü xalqdan alır, xalqın bu siyasi gücə böyük inamı var".

Tədbirdə partiyanın bələdiyyə seçkilərində iştirak edən namizədlərindən Namizəd İsmayılov, Lökbatan qəsəbə ağsaqqallar Şurasının üzvü Ramil Məmmədov, YAP Qaradağ RT sədr Müavini Hicrət Qaradağlı çıxış edərək təbliğat-təşviqat işləri haqqında geniş məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə