Bələdiyyə seçkilərinə qatılan Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri artıq öz platformalarını bəyan etməkdədirlər. Onlardan biri də Rəhimov Şahin Alim oğludur. Rəhimov Şahin Alim oğlu 05 yanvar 1981-ci ildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olub. 1987-ci ildə həmin qəsəbədə yerləşən M.Zeynalov adına orta məktəbə gedib və 1998-ci ildə həmin məktəbi bitirib. Həmin ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi İdarəetmə" fakultəsinin "Politologiya" ixtisasına qəbul olunub. 2002-ci ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirib. 2002-2003-cü ildə həqiqi hərbi xidmətə gedərək, xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə keçirib. 2005-ci ildə isə Baki Dövlət Universitetinin "Azərbaycanda Siyasi Proseslər" istiqaməti üzrə magistr pilləsinə daxil olmuş, 2008-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Prezident seçkilərində, 1999-cu ildə bələdiyyə seçkilərində, 2000-ci ildə Parlament seçkilərində aktiv iştirak edib. Siyasi Araşdırma Mərkəzində Sorğu mütəxəsisindən Ofis rəhbəri vəzifəsinə qədər müxtəlif vəzifələrdə işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
SEÇKİ PLATFORMASI
Hörmətli seçicilər! Artıq bələdiyyə seçkilərinin keçirilməsi üçün təbliğat və təşviqat işlərinə start verilib. Bu baxımdan, mən də ölkəmizin inkişafı və tərəqqisində öz töhfəmi vermək üçün bu seçkilərə qatılmağı qərara almışam. Belə ki, bələdiyyə seçkilərində iştirak etməyimin əsas məqsədlərindən biri vətəndaşların, yaşadığım ərazinin sakinlərinin sosial həyatlarına növbəti yenilklər, inkişaf gətirməkdən ibarətdir. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bələdiyyələrin inkişafı və fəaliyyəti istiqamətində daha müasir stansartlara cavab verməsi üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Məhz bu istiqamətdə qəbul edilən qanunlar da özündə bu və bu kimi digər əhəmiyyətli məqamları əks etdirir. Onu da bildirmək istərdim ki, YAP-ın İcra Katibliyi də bələdiyyələrin istər seçkilər ərəfəsində, istərsə də sonrakı dövrdə daha səmərəli fəaliyyəti üçün müxtəlif fəaliyyət proqramları hazırlamışdır.
YAP-ın üzvləri keçirilən ötən seçkinin nəticələrinə görə bələdiyyələrə seçilənlərin çoxunu təşkil edib. YAP-ın bələdiyyələrdə təmsil olunan nümayəndələri bütövlükdə Azərbaycan bələdiyyə sisteminin əsasını təşkil edir. Yeni Azərbaycan Partiyası digər partiyalardan fərqli olaraq bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə xeyli vaxt və ciddi şəkildə hazırlaşırdı. Partiya artıq bu hazırlığın müəyyən mərhələlərini başa çatdırıb və bələdiyyə seçkilərinə tam olaraq hazırdır.
Əlbəttə ki, mən də YAP təmsilçisi olaraq, ilk öncə partiya rəhbərliyinin namizədlərə tövsiyə etdiyi bir sıra məsələləri əsas götürərək, seçkilərə qatılmışam. Bu baxımdan, bələdiyyə seçkilərində iştirak edəcək namizəd kimi bütün bunlara müvafiq olaraq, bələdiyyə seçkilərində iştirakım üçün öz seçki platformamı hazırlamışam.
Məişət, sosial və digər problemlərini yerində və keyfiyyətlə həll etmək!
Platformamdakı əsas məqsədlərimdən biri də namizədliyimi irəli sürdüyüm Dairədə, həmin ərazidə yaşayan sakinlərlə daha yaxından təmasda olmaq, onların məişət, sosial və digər problemlərini yerində və keyfiyyətlə həll etməkdən ibarətdir. O cümlədən, qəsəbələrdə, məhəllələrdə, uşaqların əyləncə məkanlarında abadlıq işlərinin aparılması, təməlli təmir işlərinin görülməsi, küçələrin asfaltlaşdırılması, gənc və yeniyetləmlərin sağlam həyatlarını təmin etmək üçün idman sahələrinin qurulması, qurğularının istifadəyə verilməsi, fəaliyyətdə olan idman meydançalarının yenilənməsi kimi işlər ətrafında da seçki konsepsiyamı hazırlamışam. Bütövlükdə isə, ötən bələdiyyə seçkilərində YAP-dan seçilmiş namizədlərin gördükləri uğurlu işləri əldə edilən nailiyyətləri seçicilərimin etimadı sayəsində yetərli səs qazanaramsa, bu seçkilərdə davam etrimək və reallaşdırmaq niyyətindəyəm.
Ağsaqqallarla görüşüb, onların məsləhətlərini, tövsiyələrini öyrənmək üçün lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində planları reallaşdırmaq
Çox hörmətli seçicilər! 2011-ci il Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisai inkişafı barədə Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar abadlıq işləri bu gün də böyük sürətlə davam edir. Əlbəttə ki, bu abadlıq işlərində bələdiyyələrimiz yaxından köməklik göstərir. Seçki platformamı əsas götürərək, bələdiyyə seçkilərinə namizəd kimi ərazidə yaşayan, fəaliyyət göstərən sakinlərlə mütəmadi olaraq görüşlər keçirmiş, onları dinləmiş, problemləri ilə yaxından tanış olmuşam. Həmçinin ağsaqqallarla tez-tez görüşüb,onların məsləhətlərini, tövsiyələrini öyrənmək üçün lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində planlarımı təşkil etmişəm.
Söz verirəm ki, yaranmış çatışmamazlıqları aradan qaldırmaq üçün əlimdən gələn hər bir işin öhdəsindən cicdanla gələcəm. O cümlədən, imkansızlara, əlillərə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, müharibə veteranlara bacardığım qədər köməklik göstərməyə, onların problemlərini həll etməyə çalışacağam.
Əsas məqsədlərimdən biri də gənclərimizin sağlam və mədəni inkişaf etməsidir
Bələdiyyələrdə reallaşdırmaq istədiyim planlardan biri də ondan ibarətdir ki, namizədliyimi verdiyim ərazidə fəliyyətimin əsas hissəsini xüsusən gənclərimizə yönəldim. Bunun üçün məqsədim onların sağlam və mədəni inkişaf etməsidir. Ona görə də qəsəbədə futbol meydançası və idman-məşq zalı təşkil etməyi də seçki
platformamın tərkib hissəsi kimi nəzərdə tutmuşam. O cümlədən, mədəniyyət evində dərnəklər və kurslar açılmasına köməkliyimizi əsirgəməyəcəyəm.
Beləliklə, nöbvəti bələdiyyə seçkilərində seçicilərim mənə eimadlarını göstərərlərsə, mən üzərimə düşən bütün vəzifələrimin öhdəsindən layiqincə gəlməyə var gücümlə çalışacağam. Çünki bələdiyyələrə namizədliyini vermiş hər bir YAP üzvünün əsas məqsədi və məramı əhalinin rifahının daha da yaxşılaşdırılması naminə yorulmadan fəaliyyət göstərməsidir.
Bələdiyyə seçkiləri ilə bağlı digər fikirlərimizi səsləndirərkən partiyamızın bələdiyyələrin iş əmsalının yüksəldilməsi ilə əlaqədar olaraq çox vacib vəzifələri qarşısına qoydub. Mən də çalışacağam ki, yerli özünüidarə orqanlarının işinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi üçün var gücümlə çalışım. Ona görə də qeyd etmək istərdim ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və işinin səmərəsinin yüksəldilməsi bilavasitə insanların bələdiyyələrə etimadından asılıdır.
Dəyərli seçicilər! Mən də bütün bu önəmli məqamları nəzərinizə çatrıraraq, istər qəsəbə seçicilərini, istərsə də ölkə seçicilərini bələdiyyə seçkilərində fəallıqla iştirak etməyə çağırıram. Çünki bələdiyyələrin inkişafı görülən uğurlu işlərin nəticəsində həm də ölkəmizin tərəqqisində mühüm rolunu oynamaqdadır. İnkişaf və tərəqqi isə ölkəmizin güclənməsinə, qüdrətlənməsinə yönəlmiş əsas addımlardan biridir. Ona görə də hər bir seçicini bələdiyyə seçkisində fəal olmağa çağırıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB