Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müxalifətdən olan digər təmsilçilərin iqtidarla dialoqa getmək təşəbbüslərini dəstəkləməməsinə kəskin münasibət bildirib. SİA xəbər verir ki, ADP sədri partiyasına yaxın mətbu orqana müsahibəsində AXCP sədrinin bir zamanlar pis vəziyyətə düşdüyündə məhz özünün, İsa Qəmbərin, Lalə Şövkətin və başqalarının iqtidarla dialoqa getdiyini xatırladıb: "...Xeyir ola, onda Əli Kərimli dialoqda iştirak edirdi, indi əleyhinə çıxır?! Çünki onda Əli Kərimlinin məsələsi var idi".
Sərdar Cəlaloğlu sözügedən münasibətində Əli Kərimliyə ən sərt ittihamıar irəli sürüb və deyib ki, AXCP sədri özünün dediyindən başqa kimsənin sözünü qəbul etmir. Buna görə də o siyasi səhnədə primanonnalıq edir: "Əli Kərimli cəbhəsi özlərinin iştirak etdiyi, içində olduğu hər şeyin düzgün olduğunu, qalanların yanlışlığını müdafiə edir. Bu, gülünc bir şeydir. Sən kimsən axı?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edə bilərsən? Sən kimsən qiymət verirsən?!" ADP sədri onu da qeyd edib ki, AXCP sədri Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır: "A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey olar?"
Sərdar Cəlaloğlu Əli Kərimlinin adamlarının social şəbəkədə "söyüş qrupu" yaratmasına da münasibətini bildirib: "Bu dialoqla bağlı onları ən pis küçə söyüşləri ilə təhqir edirlər…Siyasi partiyaların əsas vəzifələrindən biri vətəndaş tərbiyə etməkdir, pozğun küçə uşaqları tərbiyə etmək deyil. Sən uşaqları öyrədirsən, gedib otururlar internetdə, analarının-bacılarının oxuduğu sosial şəbəkələrdə ağızlarına gələn küçə söyüşləri yazırlar, tərbiyəsizlik edirlər…"
Xatırladaq ki, ğlkənin bir sıra müxalifət partiyaları iqtidarla dialoqa getməyə hazır olduqlarını bildirsələr də, AXCP sədri Əli Kərimli bunu mümkünsüz olduğunu deyib və dialoqa gedən tərəflərə qarşı sosial şəbəkədəi "söyüş qrupu"nda kampaniya başladıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB