Mustafa Hacıbəyli: “Narazıları müsavatçı hesab etmək olmaz” AÇIQLAMA
"Müsavat Partiyasından narazı olan insanlar əslində partiyanın qəbul etdiyi qərarları tanımamaq xəttini seçdilər". Bu sözləri SİA-ya Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun narazıların partiya rəhbərliyini məhkəməyə verməsi barədə məsləhətinə şərh verərkən deyib.
Mustafa Hacıbəyli əslində, narazıların və istefa verənlərin partiya və müsavatçılıq maraqlarına xidmət etmədiklərini deyib. Ona görə də onları müsavatçı hesab etmək olmaz: "Partiyaya qarşı açıq təbliğat aparanlar hazırda müsavatçı deyillər. Bu mənada Sərdar Cəlaloğlu qeyd edib ki, əgər bu insanlar partiyada qalmaq istəsəydilər, partiyadakı hər hansı bir problemin həll edilməsinin tərəfdarı olsaydılar o zaman partiya strukturlarına müraciət edə bilərdilər. Əgər istədikləri cavabı ala bilməsəydilər hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət edə bilərdilər. Deməli həmin insanlar heç də Müsavatın yaxşılığı üçün çalışmırlar".
Xatırladaq ki, Müsavat Partiyasından istefa verən digər funksioner Səxavət Əlisoy ADP sədrinin sözügedən məsləhətini dəyərləndirəcəklərini bildirib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB