Sahib Aliyev: “Bütün nifrətlər onlara yönəldilməlidir” MÜNASİBƏT

Sahib Aliyev: “Bütün nifrətlər onlara yönəldilməlidir” MÜNASİBƏT

"Baxıram, deyəsən bu həftə də gündəmdəki əsas məsələlərdən biri vurulan erməni helikopteri olacaq, olmalıdır da". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində məlumat paylaşıb.

Millət vəkilinin sözlərinə görə, artıq emosiya və eyforiyanı bir qırağa qoyaraq onun üzərində düşünməliyik ki, düşmənin atacağı cavab addımlarının önünü necə kəsməliyik: "Şənbə günü Ali BAŞ Komandan İlham Əliyev Şəmkirdə hərbi şəhərcikdə generallara nə etməli olduqlarını dedi. Dövlətimizin başçısı onu da bildirdi ki, indidən sonra erməni təxribatlarının qarşısı daha qətiyyətlə alınacaq. Bizi helikopterlərini vurulmasından qat-qat artıq itkilərlə hədələyənlər bunu etməyə qalxsalar, nəylə üzələşəklərini anlamış oldular yəqin.

Biz də cəmiyyət olaraq indi Azərbaycanın Qarabağ üzərində tam suverenliyinə, beynəlxalq hüququn diliylə desək "Effective Control"a daha tez çatması üçün nə etməli, necə davranmalı olduğumuzu düşünməliyik. Qarabağda vurulmuş erməni pilotun uşaqları ilə birgə çəkdirdiyi şəklini yayıb altından "ürəkdən tikan çıxaran" şərhlər yazmaq və buna bənzər digər hərəkətlər bu yolda töhfə sayıla bilməz. Düzdür, o nəyi haqq edirdisə, onunla da üzləşdi. Amma, həmin pilot da Ermənistandakı hərbi xuntanın çoxsaylı qurbanlarından biridir. Onun ölmündə də günahkar indi Ermənistan adlanan dövlətin başında duranlardır. Bütün nifrətlər onlara yönəldilməlidir. Həm də ona görə ki, təhlükəli olan ölmüş yox, diri düşməndir!"

Bütün xəbərlər Facebook səhifəmizdə