Zakir Həsənov Moskvada bir sıra görüşlər keçirib

Zakir Həsənov Moskvada bir sıra görüşlər keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə