Siyasi şərhçi: “Ortalığa yeni-yeni faktlar və arqumentlər çıxıb” AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyevin ritorikasının sərtləşməsi və yeni arqumentlərlə zənginləşməsi məhz bunun işarəsidir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu BMT Nizamaməsinin 25 və 51-ci maddələrini əsas götürülərsə, Azərbaycanın Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlaya biləcəyinə və dünya birliyinin bu məsələyə reaksiyasına münasibət bildirərkən deyib.
Mərkəz sədrinin sözlərinə görə, əgər siz Azərbaycan Prezidenti İlham Əliyevin ritorikasına diqqət yetirsəniz görərsiniz ki, çox yeni tezislərlə zənginləşib və sərtləşib. Beləcə, ortalığa yeni-yeni faktlar və arqumentlər çıxıb: "Bununla belə, Azərbaycanın müdafiə naziri Zakir Həsənov mütəmadi olaraq Azərbaycanın bütün bölgələrində hərbi hissələrdə olur, əsgər və zabitlərimizin döyüş hazırlığı ilə yaxından maraqlanır, oranı təftiş edir. Eyni zamanda rəsmi Yerevan da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməyə hazır olmadığını nümayiş etdirdi. Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilən görüşü buna bariz sübutdur. Həmin Paris görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri nələrin baş verdiyinə dair heç münasibət bildirmədilər. Hesab edirəm ki, Azərbaycan beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsini gözləyir və bu istiqamətdə iş aparır. Azərbaycan Prezidenti İlham Əliyevin də ritorikasının sərtləşməsi və yeni arqumentlərlə zənginləşməsi məhz bunun işarəsidir".
Siyasi şərhçi hesab edir ki, Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlasa, dünya birliyinin bu məsələyə reaksiyası da kifayət qədər yumşaq olacaq: "Ümumiyyətlə hər şey bizim uğurlu vaxt seçməyimizdən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB