Elçin Mirzəbəyli: “Sabah "Milli Şura"nın hüzn günü olacaq”

Elçin Mirzəbəyli: “Sabah "Milli Şura"nın hüzn günü olacaq”

"Milli Şura" dəfələrlə mitinq keçirib, lakin heç bir uğur qazana bilməyib. Əksinə mitinq keçirdikləri hər bir gün onlar üçün hüzn gününə çevrilib. Noyabrın 9-da da belə olacaq". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "Milli Şura"nın noyabrın 9-da keçirəcəkləri mitinqə münasibət bildirərkən deyib.

E.Mirzəbəyli qeyd edib ki, radikal müxalifət hazırda iflasa uğramaqda davam edir: "Ona görə də özlərinin mövcudluqlarını sübut etmək üçün mitinqlərə əl atır, özlərini gözə soxmağa çalışırlar. Onlar problemlərini həll etmək əvəzinə AXCP-də baş verən iyrənc olayların qarşısını almaq əvəzinə mitinq vaistəsilə gözdən pərdə asırlar. Bunu birdəfəlik başa düşməlidirlər ki, Azərbaycanın siyasi arenasında AXCP, Müsavat amili çoxdan ölüb".

Bütün xəbərlər Facebook səhifəmizdə