“Telemadrid” televiziya kanalı Azərbaycanla bağlı veriliş yayımlayacaq FOTO
Noyabrın 10-da yerli vaxtla saat 22:00-da İspaniyanın "Telemadrid" televiziya kanalında Azərbaycana həsr olunmuş veriliş yayımlanacaq. SİA-nın xəbərinə görə, "Madrilenos por el mundo" verilişinin növbəti buraxılışının Azərbaycan həsr olunduğu barədə anons verilir.
Qeyd olunur ki, dünyanın nisbətən az tanınan bölgələrindən biri Azərbaycanın paytaxtı Bakı göydələnləri, otelləri ilə seçilən, küçələrində bahalı avtomobillər şütüyən müasir şəhərdir. Bildirilir ki, Azərbaycan tarixi "İpək yolu"nun bir hissəsidir, mədəniyyətlərin qovuşuğunda yerləşir, neftlə zəngin ölkədir. Həmçinin, 2015-ci ildə ilk Avropa Oyunlarının da Bakıda keçiriləcəyi, ölkəmizin sürətli inkişaf göstəricisi kimi qeyd olunur.(AzərTAc)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB