YAP Kürdəmir rayon təşkilatı bələdiyyələrə namizədlərin irəli sürülməsini davam etdirir 2014-cü ilin dekabrın 23-də Azərbaycanda çox əhəmiyyətli siyasi kampaniya - yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Partiyanın tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Bu məqsədlə yerli təşkilatlarda fəal seçki qərargahları yaradılıb.
Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayon üzrə 30 bələdiyyəyə namizədlərin irəli sürülməsi işlərini davam etdirir. Bunlar 1 şəhər, 2 qəsəbə, 27 kənd bələdiyyələridir. YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli "İki sahil" qəzetinə açqlamasında bildirdi ki, rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar işlərinə başlamış və onu gündən-günə genişləndirməkdədir. "Belə ki, ilk öncə rayonda nüfuza malik olan, seçki işində səriştəli, ictimai cəhətdən fəal şəxslərdən ibarət 19 nəfərlik seçki qərargahı yaradılıb. Seçki qəraragahının Fəaliyyət Proqramı hazırlanaraq təsdiq edilmişdir. Seçki qərargahı üzvlərinin treninqi və ərazi ilk partiya təşkilat sədrləri üçün seçki məsələlərinə həsr olunmuş seminarlar keçirilib".
A.Kərimli onu da bildirdi ki, hər bir seçki məntəqəsi üzrə əvvəlki seçkilərin nəticələri, seçkinin təşkilində zəif cəhətlər və nöqsanlar öyrənilib və təhlil edilib. Bunun əsasında da hər bir məntəqə üzrə seçki taktikası müəyyənləşdirilib. Dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxslər müəyyənləşdirilib, onların siyahıları partiyanın İcra Katibliyinə göndərilib. YAP Kürdəmir rayon təşkilatının sədri məlumat verdi ki, hal-hazırda Yeni Azərbaycan Partiyasını təmsil edən 282 nəfər namizədin ilkin sənədləri hazırlanıb və müvafiq dairələrə təhvil verilib. Artıq YAP Kürdəmir rayon təşkilatı tərəfindən namizədlərin müdafiəsi üçün imzaların toplanması işinə başlanıb və bu istiqamətdə iş davam etdirilməkdədir. Bu işlərə YAP Kürdəmir rayon təşkilatının fəal gəncləri cəlb olunublar. A.Kərimli sonda onu da bildirdi ki, Kürdəmir rayonunun seçiciləri indiyədək keçirilən bütün seçkilərdə yüksək aktivlik nümayiş etdirib, bələdiyyə seçkilərində də bu proses təkrarlanacaq.
Orxan Vahidoğlu, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB