Zakir Həsənov Bolqarıstanın ölkəmizdəki səfirini qəbul edib FOTO

Zakir Həsənov Bolqarıstanın ölkəmizdəki səfirini qəbul edib FOTO

Noyabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristovanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə