Dənizdə itkin düşən balıqçıların axtarışlarına FHN Aviasiya dəstəsi cəlb olunub

Dənizdə itkin düşən balıqçıların axtarışlarına FHN Aviasiya dəstəsi cəlb olunub

Balıq tutmaq məqsədilə Sabunçu rayonunun ərazisindən dənizə çıxan və itkin düşdüyü ehtimal olunan üç nəfərin axtarışları davam edir.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, axtarışlar nazirliyin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.
Axtarışlar barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə