Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçin etimadnaməsini qəbul edib. SİA-nın xəbərinə görə, səfir Neboyşa Rodiç fəxri qarovul dəstəsinin qarşısından keçib.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Səfir Neboyşa Rodiç ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB