Emin Həsənli: “Müdafiə Nazirliyi ilə əlaqələrin qurulmasına ehtiyac var” AÇIQLAMA
"Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrində Kütləvi İnformasiya Vasitələri (KİV) ilə əlaqələrin qurulmasına dair təhlil şöbəsinin yaradılması mətbuat-ordu münasibətlərin əlaqəli şəkildə qurulmasına əlverişli zəmin yaradacaq". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.
Hərbi ekspertin sözlərinə görə, bu gün jurnalistlərin hərbi sahədə yeniliklərdən xəbərdar olmasına, Müdafiə Nazirliyi ilə əlaqələrin qurulmasına və s. daha çox ehtiyac var: "Mətbuat-ordu münasibətlərində əlaqələrin dərinləşməsi ümumi işi (həm dövlətçilik, həm də milli maraqlarından çıxış edərək) müdafiə edir. Bu əlaqələr yaxşı, obyektiv informasiyaların yayılmasına, ordunun nüfuzunun qorunmasına, eləcə də hərbi və dövlət sirlərinin qorunmasına çox böyük yardımçı olacaq. Bir sözlə, bu əlaqələr güclü əməkdaşlıq üçün mühüm addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB