Azərbaycanla Rusiya arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb FOTO
Bu gün Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın Müdafiə naziri, general polkovnik Zakir Həsənov arasında görüş keçirilib. SİA-nın məlumatına görə, qonaq əvvəlcə nümayəndə heyəti ilə birlikdə Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib və əklil qoyub. Daha sonra oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı ziyarət edilərək gül dəstələri düzülüb. Şəhidlər Xiyabanında da olan qonaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin məzarını ziyarət edib, Əbədi-məşəl abidə kompleksinin önünə əklil qoyub.
Daha sonra qonaq Azərbaycan Müdafiə Nazirliyində olub. Rəsmi qarşılanmadan sonra Azərbaycan və Rusiya müdafiə nazirləri arasında brifinq keçirilib və hər iki qurum arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB