Vyetnamlı qonaq: “Vyetnam-Azərbaycan arasında əməkdaşlıq daha uğurla davam edəcək” AÇIQLAMA

Vyetnamlı qonaq: “Vyetnam-Azərbaycan arasında əməkdaşlıq daha uğurla davam edəcək” AÇIQLAMA

"Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin nümayəndə heyəti Azərbaycana və onun gözəl paytaxtı Bakıya səfərindən böyük məmnunluq hissi duyur". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq An deyib.

"Biz Heydər Əliyev Beynəlxalq Hava limanına çatdığımız andan etibarən Azərbaycan, xüsusilə də Yeni Azərbaycan Partiyası tərəfindən qonaqpərvərlik və isti münasibət hiss etdik. Düşünürəm ki, bu səfər iki ölkə arasındakı əməkdaşlıq və dostluq əlaqələrinin inkişafına təkan verəcək. Hesab edirəm ki, Azərbaycana səfərimiz zamanı bizə göstərilən qonaqpərvərlik və isti münasibət səfərimizin uğurlu alındığı göstərir. İnanırıq ki, yaxın gələcəkdə də Vyetnamla Azərbaycan arasında olan əməkdaşlıq (iqtisadiyyat, humanitar, təhsil sahəsində kadrların hazırlanmasında və s.) daha uğurla davam edəcək" – deyə, qonaq sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə