İki gənc də Müsavatdan getdi İSTEFA!

İki gənc də Müsavatdan getdi İSTEFA!

Qurultaydan sonra Müsavat Partiyasındakı gərginlik davam edir. İstefa dalğası daha iki gəncin yolunu Müsavatla ayırıb. Rauf Məmmədli və Elçin Cərullazadə partiya sıralarından istefa verib.

Rauf Məmmədli istefası ilə bağlı sosial şəbəkədə öz mövqeyini bildirib: "Mən partiyaya şəxslərə görə gəlməmişəm. Partiya üzvü olduğum illərdə mənə aydın oldu ki, müsavatçı olmaq partiyaya üzv olmaq demək deyil. Burada üzv olduğum dönəmlərdə əqidəli əsl müsavatçılar da tanıdım, əqidəsi olmayan, özünü müsavatçı hesab edən ikiüzlü insanlar da. Partiya sıralarından ayrılmama səbəb olan başlıca amil ikinci kateqoriyaya aid insanlardır".

Digər gənc müsavatçı Elçin Cərullazadə isə müsavatçıların bir hissəsinin sosial şəbəkədə təşkil etdiyi gizli qrupdakı materiallar ortaya çıxandan sonra istefa verib. Bildirib ki, "Arif Hacılının tənqidçilərinin istefası Müsavat üzvlərini sevindirsə də, artıq gənclər bu yolda mübarizə aparmaqdan iyrəniblər".

Bütün xəbərlər Facebook səhifəmizdə