Koreya təmsilçisi: "Forum regionda iqtisadi sabitliyin təmin olunmasına töhvə verəcək"
"Bu mənim Azərbaycana ikinci səfərimdir. Səfər zamanı bərpa olunan enerji sahəsində müzakirələrimiz olub. Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumu vasitəsilə bir daha nümayiş etdirir ki, ölkəniz gələcək nəsillər üçün narahatlıq keçirir. Hesab edirəm ki, ölkənizin həyata keçirdiyi bu cür tədbirlər regionda iqtisadi sabitliyin təmin olunmasına töhvə verəcək". SİA-nın xəbərinə görə, bunu açıqlamasında Koreyanın Təkmilləşdirilmiş elmlər institutunun professoru Jaevan Kim deyib.

Yaponiyanın Tokia Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin professoru Katsuaki Sato isə açıqlamasında Bakını və Bakı Beynəlxalq Humanitar Forumunu çox sevdiyini dilə gətirib: "Çünki Azərbaycan humanitar nöqteyi nəzərdən çox maraqlı ərazidə yerləşir. Sizin ölkənizdə dinindən, dilindən, irqindən, eləcə də milliyyətindən asılı olmayaraq, dünyanın müxtəlif xalqlarının nümayəndələri yaşayır. Azərbaycan və Yaponiyanı birləşdirən əsas amillərdən biri hər iki ölkənin İpək yolu üzərində yerləşməsidir. Biz bu tədbirdə iştirak etməkdən çox məmnunuq və Bakını da çox sevirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB