Milli Şuranın sədri Cəmil Həsənlinin qızının maşınla adam vurması və qaçması xəbəri sosial şəbəkədə də müzakirə obyektinə çevrilib. SİA xəbər verir ki, tanınmış siyasətçilər və media mənsubları sözügedən məsələ ilə bağlı fikirlərini bildirməkdədirlər.
Jurnalist Eynulla Fətullayev öz statusunda tazıb: "Siyasətçi də kişi olmalıdır. Cəmil Həsənli seçkiqabağı dövrdə televiziyada hakimiyyətdə təmsil olunanların övladlarını tənqid edirdi. İndi öz qızı cinayət törədib. Danış da! Siyasətçi də kişi olmalıdır!".
Millət vəkili Etibar Hüseynov isə öz hesabında yazıb ki, əgər Leyla Yunus azadlıqda olsaydı Cəmil Həsənlinin qızına siyasi məhbus donunu geyindirərdi: "Deyirəm Leyla Yunus çöldə olsaydı indi Cəmilin qızından yaxşı siyasi dustaq düzəldərdi haa…".
Xatırladaq ki, 2014-cü ilin sentyabr ayının ortalarında Milli Şura sədri Cəmil Həsənlinin Günel adlı qızı idarə etdiyi 90-VL-983 nömrəli avtomobili ilə Yasamal rayonu Mirəli Seyidov küçəsində bir qadını vuraraq ona ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Vurulmuş qadına ətrafdan keçən insanların köməkliyi ilə yardım edilib.
Bildirilir ki, hadisə Cəmil Həsənli və ailəsi tərəfindən gizlədilib, həmçinin mətbuatda yayılmasına imkan verilməyib. Şahidlərin sözlərinə görə qəza nəticəsində xəsarət almış Səlimova soyadlı qadının vəziyyəti ağır olaraq qalmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB