"Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri" YENİLƏNİB
IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu gün AzərTac-ın təşkilatçılığı ilə "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masa üç paneldən ibarətdir. "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXl əsr jurnalistikasının problemləri" adlanan birinci paneldə müxtəlif KiV platformalarında dialoqun aktual aspektləri müzakirə edilib.
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Baş katibi, Rusiyanın İTAR-TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçirilən paneli AzərTac-ın Baş direktoru Aslan Aslanov açıb.
"Forum bizim fəaliyyət istiqamətimizin müəyyənləşdirilməsində, fikir mübadiləsi aparılmasında və digər məsələlərdə müstəsna əhəmiyyətə malikdir. İnternet jurnalistikası ənənəvi medianı xeyli sıxışdırıb. Bu dəyirmi masada jurnalistikanın yeni meyillərini müəyyənləşdirəcəyik".
Daha sonra Rusiyanın İTAR-TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluq etdiyi panellər haqında ətraflı məlumat verib: "Biz inanırıq ki, burada çox əhəmiyyətli məsələlər müzakirə ediləcək və fikir mübadiləsi aparılacaq. Günün sonunda Bakı Bəyannaməsi qəbul olunacaq".
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriyanın APA agentliyinin Baş icraçı direktoru Piter Kropş qeyd edib ki, hər bir ölkənin mediası yaydığı xəbərlərin yayılmasına görə məsuliyyət daşıyır: "Hər yenilik xəbər agentliyinin etibarlığında mühüm rol oynayır. Biz artıq 2014-cü ildəyik və dünya rəqəmsallaşmaya keçid edib. Artıq biz xəbərləri smart mobil telefonlar vasitəsilə istənilən yerə göndərə bilərik. Bu gün cəmiyyətin xəbər əldə edib onu istədiyi yerə göndərmək üçün geniş imkanlara malikdir. Sosial mediada xəbərləri yerləşdirmək çox asanddır. Bəzən biz gözlər üçün zülmkar görünə biləcək xəbərləri də oxuyuruq".
Malayziyanın BERNAMA agentliyinin Baş direktoru Yonq So Heonq Bakıda olduğu üçün sevincli olduğunu və müzakirələrdə iştirakına görə hər kəsə təşəkkürünü bildirib: "Mən çox sevincliyəm ki, Bakıdayam və bu müzakirələrdə iştirak edirəm. Burada müxtəlif insanların təcrübələrini öyrənəcəm. Burada jurnalist nəyi yazıb-yazmamaq seçimini özü müəyyənləşdirir. Bəzi insanlar deyirlər ki, fikir, söz azadlığı varsa demək hər şeydən yazmaq olar. Mən əsla belə düşünmürəm. Biz düşünürük ki, müasirləşmə çox mühüm keyfiyyətə malikdir və vacibdir. Biz burada ədalət və mükəmməliyə nail ola bilərik. Bizim təqdim etdiyimiz məlumatlar çox vacibdir və dünyada gələcək üçün sülhün təmin edilməsində xüsusi rola malikdir. Məhz belə olduğu təqdirdə müxtəlif ölkələr arasında baş verən münaqişələr də öz həllini tapacaq".
İtaliyanın AGI agentliyinin Baş icraçı direktoru Cianni Di Ciovanni bildirib ki, sosial media əlavə xəbərlərin mənbəyi deyil: "Bu, jurnalistlərin fəaliyyətində müəyyən problemlər yarada bilər. Biz həftədə 7 gün işləyirik. Buna görə də hər bir xəbərə, videomateriala, şəkilə xüsusi fikir verməliyik. Sosial medianın digər üsulları da var. Bu gün mobil telefon istifadəçiləri üçün xəbərləri oxumaq üçün əlverişli imkanlar yaradılıb. Düşünürəm ki, biz hələ böyük keçidin əvvəlindəyik".
Türkiyə Jurnalistlər Fedrasiyasının prezidenti Atilla Sertel çıxış edərək deyib ki, bu kimi dəyirmi masaların təşkili ilə jurnalitkada yeni yollar axtarılır. Atilla Sertel çıxışına Azərbaycan torpaqlarının işğal olunması və soyqırıma məruz qalması faktını xatırlatmaqla başladı. O, xüsusilə qadın və uşaqların amansızcasına qətlə yetirilməsinin qəbuledilməz olduğunu və ədalətin bərqərar olmasına ehtiyac duyulduğunu qeyd edib. "Dünyanın çox yerində jurnalistikanın ən böyük problemi onun müstəqilliydir. Söz və mətbuat azadlığının olmadığı ölkədə fəaliyyət göstərməkdir".
Dünyanın bir sıra ölkələrində jurnalistlərin fəaliyyəti zamanı öldürüldüyünü xatırladan A.Sertel xüsusən Yaxın Şərqdə jurnalistlərin öldürülməsinin qarşısının alınmasına çağırdı.
Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova Forum haqqında fikirlərini bildirərək deyib ki, son dövrlərdə Azərbaycanın cəbhə bölgəsində baş verən hadisələr mətbuatda qeyri-dəqiq informasiyaların yayılmasına gətirib çıxardı: "Bununla bağlı Prezident Administarsiyasının rəhbəri, akademik Ramiz Mehdiyev konkret tədbirlər plan hazırlayaraq, baş redaktorlarla görüşdü. Məsələ ətrafında R.Mehdiyev tərəfindən həm media nümayəndələrinə, həm də cəbhəyanı bölgədə çalışanlara xəbərdarlıq edildi ki, işlərində daha məsuliyyətli olsunlar. Jurnalistikada olan problemlərin həlli üçün Beynəlxalq Təşkilatlar da bu sahədə işlər görməli və ortaq məxrəcə gəlməlidirlər. Çünki dünyanın hər yerində mətbuat sahəsində problemlər var. Azərbaycanda isə mətbuat azaddır, senzura qoyulmayıb. Bu sahədə ölkə başçısının, həmçinin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da diqqəti az deyil".
Los-Anceles Beynəlxalq Münasibətlər Şurasının prezidenti və icraçı direktoru, EMMY mükafatı laureatı, "Time" jurnalının Los-Anceles bürosunun sabiq rəhbəri Terri Makkarti diqqətə çatdırıb ki, biz dünyanın müxtəlif ölkələrində münaqişə ilə üzləşə bilərik: "Həmin münaqişələrdə jurnalistlərin üzərinə çox böyük məsuliyyətlər düşür. Hesab edirəm ki, hər bir jurnalist məlumatı dolğun və düzgün verməlidir. Bu onun vəzifə borcudur".
Sonda isə Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının baş müəllimi Lamiyə Vəzirova çıxış edib. O, jurnalistika sahəsində qazanılan uğurlar və mediadakı yeniliklərdən danışıb.
Xatırladaq ki, ikinci paneldə "Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının yeni modeli" mövzusunda müzakirələr olacaq.
Qeyd edək ki, IV Bakı Beynəlxalq Humanitar Forumu bu gün öz işinə yekun vuracaq. Forumda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərindən ibarət nümayəndə heyəti iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB