Araz Əlizadə: “Milli Şura”nın mitinqi sadəcə olaraq onların yiyələrinə hesablanıb” AÇIQLAMA
"Düşünürəm ki, Xədicə İsmayılovanın qabağını bütün Azərbaycan xalqı görmüşdü, dalını isə Varşava şəhərində ATƏT-in zirvə toplantısında bütün dünya ictimaiyyəti gördü". Bunu SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Xədicə İsmayılovanın 10-a yaxın erməni dostu ilə birgə Varşava şəhərində keçirilən toplantıda etdiyi etirazına münasibət bildirərkən deyib.
Partiya sədri hesab edir ki, Azərbaycan dövlətinin bütün düşmənləri onun kimi "qancıq"lara maraqlıdır.
Azərbaycanın və Ermənistanın müxalifətyönlü Kütləvi İnformasiya Vasitələrinin (KİV) Leyla Yunusun saxlanıldığı təcridxanada ona qarşı təzyiqlərin olmasına dair məsələləri şişirtməsinə gəlincə Araz Əlizadə belə deyib: "Leyla Yunusa heç kim təzyiq göstərə bilməz. Bu şəxs elə həyasızdır ki, o özü kimə istəsə təzyiq göstərə bilər".
"Milli Şura"nın oktyabrın 12-nə planlaşdırdığı mitinqə də münasibət bildirən sədr qeyd edib ki, bu, ənənəvi müxalifətin sıradan bir mitinqidir: "Necə deyərlər, "ölünün qıdığı gəlməz". Bu mitinq sadəcə olaraq onların yiyələrinə hesablanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB