Sevinc Fətəliyeva: "Cəmiyyətə lazım olan ən böyük ehtiyac insanların birliyidir"
Bu gün cəmiyyətə lazım olan ən böyük ehtiyac insanların birliyidir. Birlik - müasir dünyanın çağırışlarına cavab vermək və həmçinin dünyanın müxtəlif məkanlarında mövcud olan müəyyən çatışmamazlıqların qarşısının almağın da bir vasitədir. SİA-nın xəbərinə görə, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında "Neonasizm tazahürünə müqavimət" mövzusu ilə çıxışında deyib.
Millət vəkili bildirib ki, mövcud çatışmamazlıqlardan ən əsası olan isə mənəvi çatışmamazlıqdır: "Cəmiyyətdə mənəvi çatışmamazlıq o zaman baş verir ki, insanlar başqa millətə məxsus olmasına görə qətlə yetirilir, insanlar uşaqlıqdan digər millətə nifrətə öyrədilir, başqa mədəniyyətə və dinə məxsus olan abidələr məhv edilir, uşaqlar partlayıcı cihazlar ilə doldurulmuş oyuncaqlarla qətlə yetirilir. Şübhəsiz ki, neonasizm, ksenofobıya təzahürünün qarşısının almaqda ən effektiv üsülları mədəniyyət, təhsil və informasiya kampaniyalarıdır. Uşaqlar və gənclər digər mədəniyətləri və tarixləri öyrənməlidirlər. Lakin bəzən ksenofobiya, rasizm və dözümsüzlüyün digər növləri təkcə savadsızlıq üzərində yaranmır, terrorizm, ekstremizm üzərində də qurulur. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. AŞPA-da bəzən Azərbaycanda ermenifobiyanın mövcud olması səslənir. Bu mifin dağılmasına misal çəkək qeyd etməliyəm ki, Azərbaycanda 30 mindən çox etnik ermənin yaşamasıdır. Əksinə Ermənistanda Azərbaycanfobiyanın mövcud olmasının təsdiqi isə Ermənistanda etnik təmizləmənin nəticəsində bütün azərbaycanlıların departasiya olunması və ən ağrılısı Azərbaycan torpaqlarında azərbaycanlıların qətlə yetirilməsidir".
S. Fətəliyeva qeyd edib ki, AŞPA- nın əsas məqsədlərindən biri dünyada vəziyyətin yaxşılaşdırılması naminə millətlərarası birliyin yaranmasıdır: "Lakin əsl birlik asan qazanılmır. Bu münasibətlərin dəyişməsi siyasi liderlərin baxışların genişlənməsindən, beynəlxalq təşkilatların mövqelərinin möhkəmlənməsindən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB