Ərdoğan: “Türkiyə və Azərbaycan regionda enerji dəhlizi yaradıblar”

Ərdoğan: “Türkiyə və Azərbaycan regionda enerji dəhlizi yaradıblar”

"Türkiyə və Azərbaycan regionda birgə layihələr həyata keçirərək Şərqlə Qərbi birləşdirən enerji dəhlizi yaradıblar". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən deyib.

"Biz Azərbaycan başda olmaqla, dost və müttəfiq ölkələrlə birlikdə şərq-qərb enerji dəhlizini böyütdük"- deyən Ərdoğan vurğulayıb ki, belə layihələrin əyani nümunəsi Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Tbilisi-Ceyhan neft kəməridir.

"Türkiyə və Azərbaycan tərəfindən Transanadolu boru xətti layihəsi də, yəni TANAP adı ilə inkişaf etdirilib" - deyə, Ərdoğan əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə