Hikmət Hacıyev: "Ölkəmiz Sarkisyanın BMT-dəki çıxışına tutarlı cavab verdi" Açıqlama

Hikmət Hacıyev: "Ölkəmiz Sarkisyanın BMT-dəki çıxışına tutarlı cavab verdi" Açıqlama

"BMT Baş Assambleyasının 69-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət adlı" mövzu daxil edilmişdi. Gündəliyə salınan mövzu 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş "İşğal edilmiş Azərbaycan ərazilərində vəziyyət adlı" qətnamədən irəli gəlirdi. Azərbaycan tərəfindən də BMT Baş Assambleyasının ənənəvi sessiyaları zamanı bu mövzunun gündəliyə salınmasına təşəbbüs göstərilir". Bunu SİA-ya açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, adı çəkilən mövzu Azərbaycana işğal olunmuş ərazilərimizəki vəziyyəti, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və təcavüz siyasətini bir daha sessiya daxilində müxtəlif komitələrdə gündəmə gətirməyə imkan verdi: "Azərbaycanın sessiya müddətindəki fəaliyyətinə gəldikdə qeyd edə bilərik ki, ölkəmiz komitələrin bütün iclaslarında bir sıra vacib məsələlərə toxundu. Sentyabrın 26-da Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun tədbirdə geniş həcmdə çıxışı oldu. Sessiyada belə bir qayda var ki, çıxış edən dövlət öz baxışını və strategiyasını gündəliyə uyğun olaraq ortaya qoymalıdır. Bu səbəbdən də XİN rəhbəri Azərbaycanın daxilində gedən inkişafı xüsusi vurğuladı. Nazir çıxışı zamanı bir daha söylədi ki, Azərbaycanın əldə etdiyi uğurlar ən yüksək səviyyədədir".

"Hər zaman olduğu kimi bu dəfə də Ermənistan sessiyada bir daha öz mövqeyini ortaya qoydu. Sessiyada Sarkisyan tərəfindən beynəlxalq hüququn prinsiplərinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən bir sıra məqamlar qeyd olundu ki, ölkəmiz bu çıxışlara tutarlı cavablar verdi. Qeyd olundu ki, BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədə ermənilərin işğal etdikləri ərazilərdən qoşunları qeyri-şərtsiz çıxarmalıdır. Lakin məqsədyönlü şəkildə Sarkisyan tərəfindən bu kimi məqamlara diqqət yetirilmir, əksinə 5-ci və 10-cu məqamlar gündəliyə gətirilərək qətnamələrin mahiyyətinin aşağı salınması kimi cəhdlərə yol verilir. Təbii ki, buna heç kimin hüququ yoxdur. Ümumilikdə götürsək gündəlikdə duran məsələlərin inkişafı baxımından Azərbaycan tərəfindən yeni fikirlər səsləndirildi"- deyə, Hikmət Hacıyev məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Qurum rəsmisi onu da əlavə edib ki, BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində qurumun Sivilizasiyalar Alyansının Dostluq Qrupunun iclasında Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə VII Qlobal Forumunun Bakıda keçirilməsi təklifi irəli sürülüb: "Bir çox dövlətlər Azərbaycanın təşəbbüsünü dəstəkləyərək bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələri olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini və Azərbaycanın foruma layiqincə ev sahibliyi edəcəyini deyiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə