Nazir müavini: "Dağlıq Qarabağ münaqişəsi əsas gətirilərək Azərbaycana silah satışına embarqo qoyulur"

Nazir müavini: "Dağlıq Qarabağ münaqişəsi əsas gətirilərək Azərbaycana silah satışına embarqo qoyulur"

"Xarici ölkələrdən silah-sursat və hərbi texnika alınmasının bir çox mənfi cəhətləri var. Çünki, alışlar zamanı texnologiya tam olaraq təqdim olunmur, əsas məqamlar satıcıların özündə qalır". SİA-nın məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "ADEX 2014" I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Bakıda "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Bunun bir tərəfdən asılılıq yaratdığını deyən nazir müavini qeyd edib ki, buna görə də elmi-tədqiqat işləri aparılır və mütəxəssislər yetişdirilir: "Çünki, biz milli sənayemizin texnologiyasını yaratmaq və sənayemizi texnologiyalarla mümkün qədər özümüz təmin edə bilək. Nazir müavini Dağlıq Qarabağ münaqişəsi əsas gətirilərək Azərbaycana silah satışına embarqolar qoyulduğunu qeyd edib: "Ona görə də biz müdafiə sənayemizi, bir sıra dövlətlərlə hərbi əməkdaşlıq sahəsində əlaqələr yaratdıq. Müdafiə sənayemizi qısa müddətdə yaratmaq üçün 30-dan çox dövlətlə əməkdaşlıq qurduq, müasir texnologiyalar əldə etdik. Bu, bir günün işi deyil. Nəticədə həmin dövlətlərlə uzunmüddətli əlaqələr qururuq". Y.Musayev dövlətlər arasında hərbi-texniki əməkdaşlıq sahəsində komissiyaların yaradıldığını da açıqlayıb: "Türkiyə və digər dövlətlərlə belə komissiyalar yaratmışıq. Biz hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə çalışırıq, müdafiə sənayesi məhsullarının sərgilərinin keçirilməsində də məqsəd budur. "ADEX-2014" kimi sərgiləri isə ancaq inkişaf etmiş dövlətlər keçirir".

Bütün xəbərlər Facebook səhifəmizdə