İsmail Demir: “Türkiyə hər zaman Azərbaycanla yüksək səvviyyədə əməkdaşlığı davam etdirməyə hazırdır”

"Regionda sülhə nail olmaq üçün Türkiyə hər zaman Azərbaycanla yüksək səvviyyədə əməkdaşlığı davam etdirməyə hazırdır". SİA-nın məlumatına görə, bunu Türkiyənin müdafiə sənayesi müstəşarı İsmail Demir "ADEX 2014" I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Bakıda "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, "soyuq müharibə"dən sonra ölkələr müasir silah-sursatdan ibarət hərbi komplekslərini yaratmağa, hər bir ölkə müstəqil şəkildə müdafiə sənayesi formalaşdırmağa çalışır: "Çünki çətin, həlledici anlarda ölkələr bir-birilərinə inana bilmirlər. Müdafiə sənayesi güclü olmayan ölkələr isə böhran anlarında ciddi çətinliklərlə üzləşəcək. Türkiyədə hava qüvvələri, donanma, quru qoşunları sahəsində daha çox inkişaf platformaları yaradılıb, yeni məhsullar istehsal edilir, həmçinin elmi-tədqiqat sahələri inkişaf edir".

O, bildirib ki, Türkiyə Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla sıx əməkdaşlıq edir: "Bu da sonda kollektiv müdafiə təşəbbüslərinin ortaya çıxmasına gətirib çıxarıb. Türkiyə və Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq yaranıb. Bu əməkdaşlığın davam etdirilməsi çox vacibdir. Türkiyə bu sahədə əldə etdiyi nəaliyyətləri Azərbaycanla bölüşməyə hər zaman hazırdır. Türkiyə Azərbaycanla həmişə yüksək səviyyədə əməkdaşlıq etməyə hazırdır ki, regionda sülhə nail olunsun".

İ.Demir qeyd edib ki, sərgi təhlükəsziliyin gücləndirilməsi, regional əməkdaşlığın gücləndirilməsində çox böyük rol oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...