YAP-çı millət vəkili: "Bələdiyyə seçkilərində iştirak etmək üçün prosedurlar sadədir"

"Məlumdur ki, Azərbayanda 2000-ə yaxın bələdiyyə və onların da 20 minə qədər üzvü var. Partiya kimi seçkilərdə iştirak etməkdən ötrü ən azı bələdiyyələrin 30 faizində namizədlər qeydə alınmalıdır". SİA-nın xəbərinə görə, bunu yap.org.az saytına YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, ölkəmizdə bələdiyyə seçkilərində iştirak etmək üçün prosedurlar sadədir: "Hər namizəd üçün maksimum 150, minimum isə 15 imza toplanılmalıdır. Lakin bu gün radikal müxalifətin sosial bazası, eloktoratı olmadığı üçün onlar bələdiyyə seçkilərində iştirakdan müxtəlif bəhanələrlə boyun qaçırmaq istəyirlər. Partiyalar üçün ən vacib seçkilərdən biri bələdiyyə seçkiləridir. Çünki bələdiyyələr bütün bölgələri, yaşayış ərazilərini əhatə edir və yerli strukturların möhkəmlənməsi, seçki texnologiyalarının öyrənilməsi, seçmək və seçilmək hüququndan istifadə edilməsi baxımından hər bir partiya üçün bələdiyyə seçkilərində iştirak etmək vacibdir. Yəqin ki, müxalifət partiyaları bunu yaxşı bilir, amma elektoratı olmadığı üçün partiya şəklində bələdiyyə seçkilərində iştirak edə bilmirlər. Onların digər bəhanələri seçkilərdə iştirak etməmək üçün heç bir əsas ola bilməz. Yalnız və yalnız elektoratın olmaması radikal düşərgənin partiya şəklində bələdiyyə seçkilərində iştirak etməməsinə səbəb olar bilər. Odur ki, başqa səbəb yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə