Millət vəkili: "Azərbaycan istənilən təxribatın qarşısını almağa hazırdır"

"Ermənistan mütamadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır. İşğalçı orudunun hərbçiləri dinc sakinlərə qarş atəş açırlar, azyaşlı uşaqlar hədəfə alınır. Belə faktların sayı çoxdur. İndiyə qədər atəşkəs dövründə Naxçıvanda atəşkəs pozulmurdu, amma son hadisələr zamanı bu bölgədə də erməni tərəfi atəşkəsi pozdu". SİA-nın xəbərinə görə, bunu YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov yap.org.az saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu və həmsədr ölkələr, digər beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına sərt reaksiya bildirmirlər: "Lakin nəzərə alınmalıdır ki, Azərbaycanın güclü ordusu var. Nəinki Cənubi Qafqazın, bütövlükdə MDB məkanında ən güclü ordulardan biridir. Azərbaycan istənilən təxribatın qarşısını almağa hazırdır. Prezidentimiz xəbərdarlıq edib ki, istənilən təxribatın qarşısı layiqincə alınacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu gün biz güclü ordumuzla fəxr edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...