Tərəflərin geniştərkibli görüşü keçirilib FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizə rəsmi səfərə gələn Türkiyə prezidenti arasında təkbətək görüşdən sonra, nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb. SİA-nın xəbərinə görə, qonaqları salamlayan Azərbaycan dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Prezident seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edib: "Fürsətdən istifadə edib, sizi qələbə münasibətilə təbrik edirəm. Qələbə onu göstərir ki, illərdir görülən işlər Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilib".

Ölkə başçı vurğulayıb ki, Türkiyə Prezidentinin ilk səfərini Azərbaycana etməsi Azərbaycanla Türkiyə arasında olan dostluq əlaqələrini göstərir. Təkbətək görüş zamanı bir sıra məsələlərin müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, görüş zamanı tərəflərin mövqeyi üst-üstə düşüb.

Daha sonar çıxış edən Türkiyə Prezidenti bildirib ki, bundan sonra Türkiyə Azərbaycan münasibətləri daha fərqli formada inkişaf edəcək: "Təkbətək görüşdə bir sıra məsələlər müzakirə olunub. Birliyimiz gündən –günə güclənir. Türkiyə ilə Azərbaycan münasibətləri bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan problemləri müştərək həll olunacaq. Bu problemlər də öz həllini tapacaq. Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək".

Daha sonra görüş qapalı şəkildə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə