"Ədalət Partiyası olaraq, əvvəlcədən ölkədaxili siyasi məsələlərin beynəlxalq arenaya çıxarılaraq müzakirə obyektinə çevrilməsinin əleyhinə olmuşuq, bu gün də həmin mövqedəyik". Bu fikirləri SİA-ya açıqlamasında Ədalət Partiyası Ali Məclisinin sədri Mütəllim Rəhimli həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun "Vicdan Məhbuslarının Müqavimət Hərəkatı" yaradılması təklifinə və həmin təklif sırasında "hərəkat" adından AŞ Baş katibinə, AŞPA sədrinə "Azərbaycanda repressiyaların dinamikasını göstərməklə" Azərbaycanın AŞ-sı Nazirlər Komitəsinə rəhbərliyinin "yolverilməz olması haqda" müraciətlər hazırlanmasına, eləcə də deputatlar arasında paylanması çağırışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycanın daxilində siyasi qüvvələr arasında fikir ayrılığı varsa, bu ölkə daxilində də həll edilməlidir: "Bu kimi məsələlərin ölkə sərhədlərindən kənara çıxarılması təbii ki, məsələni qaldıran tərəfə hörmət gətirmir. Əksinə, Azərbaycanın beynəlxalq nüfuzuna ziyan gətirir. Güman edirəm ki, Azərbaycan artıq beynəlxalq aləmə kifayət qədər inteqrasiya edib. Bu baxımdan, belə tələblərin irəli sürülməsi yalnız həmin tələbi irəli sürənlərin vəziyyətini mürəkkəbləşdirə bilər".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB