"Avropada dini ayrı-seçkilik və dözümsüzlük baş qaldırır"

"Son illər ərzində beynəlxalq ictimaiyyət dinin rolundan daha çox məlumatlı, eyni zamanda mədəni müxtəlifliyin demokratik idarə edilməsi aspekti baxımından dinin oynadığı rolu daha çox nəzərdən keçirir. Ona görə də biz öz cəmiyyətimizdə, məhz mütəşəkkil iş aparmalıyıq ki, bütün cəmiyyət üzvləri bərabər səviyyədə fəaliyyət göstərə bilsinlər". SİA-nın xəbərinə görə, bunu Avropa Şurası Baş Katibinin müavini Gabriealla Battaini-Dragoni Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün açılış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, Avropa Şurasının Nazirlər Komitəsinin 2008-ci ildə bununla bağlı mədəniyyətlərarası dialoq haqqında "Ağ kitab" adlı sənəd hazırlayıb: "Orada üzv dövlətlər dini icmalar və qeyri-dini təşkilatlar arasında dövrü dialoqun başlanması xüsusilə qeyd edilir ki, mədəniyyətlərarası qarşılıqlı anlaşma idarəçilik təşviq olunsun. Dinlərarası dialoqun keçirilməsində dini icmaların fəallığı ilə yanaşı dövlət də buna şərait yaratmalıdır. Dövlət dini icmaları qeyri-dini təşkilatları, dinlərarası dialoqa həvəsləndirməlidir".

Avropa Şurası Baş Katibinin müavini vurğulayıb ki, bu gün bütün Avropada dini ayrı-seçkilik və dözümsüzlük baş qaldırır: "Bu gün Avropada dini azlıqlara qarşı təzyiqlər olunur. Hesab edirəm ki, bu sahədə vəziyyət olduqca gərgindir. Bu da Avropada demokratik sabitliyi təhdid altında qoyur".

O qeyd edib ki, Azərbaycan Avropa Şurasına sərdliyi zamanı "No hate spech" layihəsinə öz dəstəyini verib və bunun nəticəsidir ki, gələn ay bununla bağlı gənclərin böyük toplantısı keçiriləcək.

Elvin Abdulqədirov, Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə