Niyaməddin Orduxanlı: “Bəzi QHT-lər “siyasi məhbus” məsələsində bir-birlərinin bazarına girirlər” RƏY
"Bu QHT-lər uzun illərdir ki, sözügedən məsələni alver predmentinə çeviriblər". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bəzi qeyri-hökumət təşkilatlarının siyasi məhbus məsələsi ətrafındakı manipulyasiya cəhdlərinə münasibətini bildirərkən deyib.
"Həmin QHT-lər xarici təşkilatlardan yaxşı maliyyə vəsaiti qazanırlar"-deyə qeyd edən BAXCP rəsmisi bu kimi təşkilatların "siyasi məhbus" adı altında qazanc güddüklərini vurğulayıb: "bir sıra QHT-lər eyni zamanda həbs olunanların yaxınlarından pul alaraq, müxtəlif cinayətlərdə adları hallanan insanları "siyasi məhbus" elan edirlər. Yəni onlara yaxın şəxslərdən pul alıb adlarını o cür siyahıya salıb ümid verirlər. Göründüyü kimi, Bunlar bir-birinin bazarına daxil olurlar. Nəticədə isə onların arasında bu cür gərgin münasibətlər yaşanır".
Niyaməddin Orduxanlı onu da bildirdi ki, bu yaxınlarda Şərq Tərəfdaşlıq Əməkdaşlığı Cəmiyyəti Forumu da Leyla Yunus və Arif Yunus haqqında bəyanat vermişdi ki, hər iki şəxs "siyasi məhbus"lardır və s. Bu da təbii ki, birbaşa Azərbaycan qanunlarına hörmətsizlikdir: "Vətənə xəyanət maddəsi ilə ittiham olunan şəxslərin istintaqının getdiyi bir ərəfədə bunların özlərindən Amerka kəşf etməkləri absurddur. Çünki istintaq altında olan şəxslərin hər hansı bir bəyanat vermək və etiraz etmək bu istintaqa təzyiq xarakteri daşıyır. Ona görə də, bu cür şəxslər pul qazanmağı problemə çevrildiklərinə görə bir-birlərinə qarşı sərt ittihamlar irəli sürürlər".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB