Sevinc Fətəliyeva: "Azərbaycan istənilən təxribatların qarşısını almağa qadirdir" Münasibət

Sevinc Fətəliyeva: "Azərbaycan istənilən təxribatların qarşısını almağa qadirdir" Münasibət

"Əlbəttə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan danışıqlara məhəl qoymayacağı, qeyri-konstruktiv mövqeyini davam etdirəcəyi, beynəlxalq ictimaiyyətin ikili standartarına son qoyulmayacağı halda, ölkəmiz digər vasitələrlə öz ərazilərini işğaldan azad edəcək. Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nəticələrini də Növbəti addım kimi qiymətləndirmək olar. Lakin hamımız anlamalıyıq ki, münaqişə çox uzanıb və Azərbaycan xalqının səbri tükənməz deyil". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nəticələrini qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev növbəti dəfə qətiyyət nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğuladı və ölkəmizin prinsipial mövqeyini ifadə etdi: "Diqqətə çatdırıldı ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə son qoyulmalı, BMT-nin münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi yerinə yetirilməli və işğal edilmiş Azərbaycan torpaqları boşaldılmalıdır. Hesab edirəm ki, bu, müasir, qüdrətli Azə rbaycanın prinsipial mövqeyini ifadə edən ən mühüm məqamdır".

Millət vəkili onu da əlavə edib ki, Azərbaycan istənilən təxribatların qarşısını almağa və işğal edilən torpaqlarını azad etməyə qadirdir: "Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursunun əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qaarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsidir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası, uğurlu xarici siyasət kursu münaqişəsinin beynəlxalq hüquq normalarına, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair optimist qənaət yaradır. Məhz son hadisə və proseslər göstərdi ki, Azərbaycan istənilən təxribatların qarşısını almağa və işğal edilən torpaqları azad etməyə qadirdir".

Bütün xəbərlər Facebook səhifəmizdə