Hazırda informasiya müharibəsinin ən yüksək dövrünü yaşadığımız bir zamanda "İRƏLİ" İctimai Birliyi sosial şəbəkələrdə "Erməni təcavüzünə yox!" adlı kampaniyaya start verir. Təşkilatdan SİA-ya verilən xəbərə görə, kampaniya 20 ildən artıqdır ki, Ermənistan Respublikası tərəfindən Azərbaycan torpaqlarının ərazi bütövlüyünün və 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına qarşı yönəldilib.
"İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidovun sözlərinə görə beynəlxalq qurumların bütün olanlar qarşısında susması kampaniyanın həyata keçirilməsinin önəmini artırır: "Artıq 20 ildir ki, biz bu müharibənin acı nəticələrini yaşayırıq. Amma onlar susurlar. Xüsusilə ATƏT-in Minsk qrupunun nümayəndələrinin sadəcə mülahizələr bildirmələri, realda Ermənistana qarşı heç bir sanksiya və tələblərlə çıxış etməmələri, erməni təcavüzünü daha da artırır"
Bildirək ki, kampaniyaya qoşulmaq və "Erməni təcavüzünə yox!" demək üçün, xüsusi olaraq yaradılmış internet portalına- http://ireli.az/stopagression/index.html daxil olub, orada verilən linklər vasitəsilə, göstərilən sosial şəbəkələrdən birini seçib və ona uyğun olaraq təlimatı həyata keçirmək kifayətdir. Gənclər kompaniyada paylaşılanları ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki də işarələməklə həyata keçirirlər.
Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi bundan öncə son günlərdə sərhəd rayonlarda baş verən hadisələrlə əlaqədar olaraq, gənclər adından dünya dövlətləri və beynəlxalq qurumlara 6 dildə bəyanat göndərib. Həmin bəyanat üçün yaradılan sosial kampaniyaya 23000-dən artıq gənc qoşulmuş, 1000-dən artıq gənc isə həmin bəyanatı dünya dövlətləri və beynəlxalq qurumlara göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB