Partiya sədri: “Leyla Yunusun qızı elə bir mühitdə böyüyüb ki, ...”

Partiya sədri: “Leyla Yunusun qızı elə bir mühitdə böyüyüb ki, ...”

"Milli ruhlu insanlar hər hansı bir şəxsi qərəzliliyi dövlət müstəvisinə çıxarmaq fikrində olmamalıdırlar". Bunu SİA-ya Vəhdət partiyasının sədri Tahir Kərimli Leyla Yunusun qızı Dinara Yunusovanın Vkontakte sosial şəbəkəsində yazdığı fikirləri şərh edərkən deyib.

Partiya sədri bildirib ki, Leyla Yunusun qızı elə bir mühitdə böyüyüb ki, ondan başqa bir hərəkət gözləmək sadəlövhlük olardı: "Onun səsləndirdiyi fikirlərə hər hansı bir ad qoymağa çətinlik çəkirəm. Hesab edirəm ki, dediyi sözlər böyüdüyü ailədən aldığı tərbiyədən irəli gəlir. Azərbaycanın belə bir vaxtında əsgərlərimizə qarğış eləməsi onun insan xislətini, həmin ailənin xislətini, aldığı tərbiyəni və valideynlərinin yolunu üzə çıxarır. Deməli valideynləri belə yol göstəriblər ki, belə fikirlər səsləndirir".

T.Kərimli deyib ki, bu gün ölkəmizin uğurlarına sevinməyənlər hər vəchlə Azərbaycan hakimiyyətinə təzyiqlər göstərməyə çalışırlar: "Belə qüvvələrin əsas təzyiq vasitələrindən biri ölkədə fəaliyyət göstərən QHT-lərdir. Azərbaycan Xarici İşlr Nazirliyi bəyanat verib ki, beynəlxalq təşkilatların belə müdaxilələri Azərbaycanda ədalət mühakiməsinə birbaşa təzyiqdir. Hesab edirəm ki, belə halların qarşısı alınmalıdır".

Partiya sədri Dinara Yunusovanın fikirlərini ailə-məişət konteksindən daha çox Azərbaycanın strateji düşmənlərinin istəyi kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə