Fazil Mustafa: “Onlar sanki Ermənistanın işğalçı mövqeyinin davam etməsində maraqlıdırlar” RƏY
"Bu gün Rusiyaya qarşı sanksiya tətbiq edən beynəlxalq aləm Ermənistan məsələsində susmaqla kifayətlənir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa işğalçı Ermənistana və bu ölkənin prezidenti Serj Sarkisyana qarşı sanksiyaların irəli sürülməsinə dair təkliflərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ikili standartlardan çıxış edən bir sıra Qərb dövlətləri və təşkilatları dolayısı ilə Ermənistanın işğalçılıq siyasətinə dəstək verirlər: "Onlar sanki Ermənistanın işğalçı mövqeyinin davam etməsində maraqlıdırlar və hər hansı bir şəkildə onun uğursuz bir zolağa düşməsi səbəbindən işğalçı dövlət olaraq haqq qazandırırlar. Onlar Azərbaycanın ərazi bütövlüyündən danışırlar, ancaq ərazi bütövlüyünün qorunması və bərpası istiqamətində faktiki olaraq heç bir addım atmırlar. Ona görə də bu bizim üçün bilinən gerçəklikdir və bu gerçəkilyi nəzərə alaraq hərhalda torpaqlarımızın qaytarılması üçün özümüz müəyyən addımlar atmalıyıq".
Fazil Mustafa son günlər cəbhədə baş verən olaylara da nəzər salaraq bildirib ki, burada Rusiya amilinin olması da öz sözünü deyir: "Digər tərəfdən, nəzərə almalıyıq ki, cəbhədə baş verən porseslər Rusiya ilə bağlı olan məsələdir. Ermənilərin bu qədər açıq şəkildə özlərinə problemlər yaratması gözlənilən deyildi. Çünki onlar istədikləri qədər əraziləri işğal ediblər. Ona görə də hesab etmək olar ki, əsgər itkilərinə yol vermək, hərbçilərini itirmək onların özlərinə yaramır. Yəni Rusiya da müəyyən proseslər çərçivəsində öz əhəmiyyətini artırmaq üçün tez-tez belə sürprizlər edə bilər."
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB