Aydın Quliyev: “Mediamızın inkişafı üçün düzgün istiqamət seçilib” AÇIQLAMA
"Son bir ildə Azərbaycan mətbuatında baş verən hadisələri şərti olaraq bir neçə istiqamətdə qruplaşdırmaq olar". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, bunlara misal olaraq, Azərbaycanın daxilində mətbuat və onun inkişafı üçün dövlətin atdığı addımları, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) xətti ilə onlara maliyyələşmənin davam etdirilməsini, jurnalistlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsini, onlara yardım göstərilməsini, eləcə də ehtiyacı olan jurnalistlərin müalicəyə göndərilməsini və s. göstərə bilərik: "Media ilə bağlı digər istiqamət Azərbaycan mediasının yad təsirlərdən qorunması üçün həyata keçirilən tədbirlərlə bağlıdır. Bura Mətbuat Şurasının, KİVDF-nin və dövlət qurumlarının apardığı iş daxildir. Təkcə bu iki istiqamətdə yəni həm medianın sosial-iqtisadi durumunun möhkəmləndirilməsi, onun inkişafının şərtləndirilməsi, həm də medianın xarici yad təsirlərin, müəyyən təmayüllərin təsir altına düşməsindən qorunması istiqamətində atılan addımlar o deməkdir ki, ölkə mediasının inkişafı düzgün yoldadır və düzgün istiqamət seçilib.
Təbii ki, bu bazanın üzərində gələcəkdə daha böyük uğurların qazanılacağına heç bir şübhəm yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB