Xələf Xələfov Xəzərin hüquqi statusundan danışdı AÇIQLAMA

"Bu proses dinamik sürətdə inkişaf edir. Bakı sammitindən sonra növbəti sammitin bu ilin sentyabr ayında Həştərxanda keçirilməsi planlaşdırılıb". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı məsələ haqqında danışarkən deyib.

Nazir müavininin sözlərinə görə, bu istiqamətdə bir çox hazırlıq işləri aparılıb və yenə də davam etdirilir: "Bildiyiniz kimi, bu ilin may ayında Xarici İşlər Nazirlərinin konfransı keçirilib. Burada bəzi məsələlər istiqamətində irəliləyişlər oldu. Amma yenə də yekun nəticələrə nail olmaq üçün nazir müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupu öz işini davam etdirəcək. Bizim bu ilin avqust ayının sonuna Moskva görüşü nəzərdə tutulub. Əsas məsələ ondan ibarətdir ki, Prezidentlərin səviyyəsində qəbul olunacaq yekun sənəd razılaşdırılsın. Orada bir çox məqamların prinsipial həllinin tapması nəzərdə tutulub. Eyni zamanda bəzi istiqamətləri təşkil edən saziş layihələri başa çatdırılması və imzalanması üçün sammitə təqdim olunması planlaşdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə