"Ermənistan diz çökməyə məcbur ediləcək" MÜSAHİBƏ

Elşad Mirbəşiroğlu: “Gec-tez işğalçı ölkə olan Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcburdur”
"Ermənistan diz çökməyə məcbur ediləcək" MÜSAHİBƏ

Politoloq Elşad Mirbəşiroğlunun SİA-ya müsahibəsi:

- Elşad müəllim, bəzi KİV-lər ATƏT-in Minsk Qrupuna istinadən Ermənistanın işğal altında olan 3 rayonu başaltmağa razılıq verdiyi bildirilir. Bunun ardınca ermənilərin Ağdamdan yır-yığı etdikləri deyilir. Yayılan məlumatlarla bağlı nə deyə bilərsiniz?

- Düzdür, ermənilərin 3 royunun boşaldırlması ilə bağlı KİV-lərdə informasiyalar yayıldı. Ümumiyyətlə, son zamanlar Rusiya tərəfinin də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində təşəbbüskarlığının artırılmasını müşahidə edirik. Bu baxımdan belə güman edilirdi ki, Rusiya Ermənistana real təzyiq edərək 3 rayonun qaytarılmasını təmin edə bilər. Burada da Rusiyanın maraqı ondan ibarətdir ki, Azərbaycan Avrasiya İttifaqına üzv olsun. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu tərəfindən də münaqişənin tənzimlənməsi ilə bağlı müəyyən bəyanatlar səsləndirilməkdədir.

- Bir qədər əvvəl də Ermənistanın 7 rayonu işğaldan azad edəcəyi barədə məlumatlar mətbuatda müzakirə mövzusu olmuşdu. Yenidən belə bir informasiyaların yayılması Ermənistanın təxribatı ola bilərmi?

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilən rayonlarının qaytarılması mərhələli həll prinsiplərindən irəli gələn məsələdir. Ümumiyyətlə, tərəflər arasında xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərin təmasların əsas müzakirə mövzularından biri də məhz Dağlıq Qarabağ ətrafı royunların qaytarılması məsələsidir. Bu baxımdan, bu isitiqamətdə informasiyalar tez-tez yayılır. Amma bildiyiniz kimi, Ermənistan status-kvo vəziyyətinin saxlanılmasında maraqlıdır. Bu da müəyyən dairələrin maraqlarına uyğun olaraq edilir. Bu baxımdan, güman etmirəm ki, Ermənistan rayonların qaytarılması məsələsini KİV-lər vasitəsi ilə yaymaqla hər hansı bir strategiyanı reallaşdırmaq istəsin. Birincisi, Ermənistanın hər hansı bir strategiyanı reallaşdırmaq imkanı yoxdur. Yəni səviyyəsi yoxdur. Məsələ gündəmdə olduğuna görə bu istiqamətdə zaman-zaman müəyyən informasiyalar yayılır. Azərbaycan dövlətinin gücü, hər tərəfli inkişafı bir daha onu sübut edir ki, əgər Azərbaycan dövləti istəsə bu gün işğal altında olan torpaqlarını işğaldan azad edə bilər. Amma Azərbaycan dövlətinin istəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasıdır. Ümumiyyətlə, gec-tez işğalçı ölkə olan Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcburdur. Çünki həmin ərazilər Azərbaycanındır.

- Ola bilərmi Rusiya Avrasiya İttifaqının sıralarının Azərbaycan hesabına genişləndirmək üçün Ermənistanı güzəştə getməyə məcbur etsin?

- Bütün münaqişələrdən Rusiya bütövlükdə post-sovet məkanındakı nəzarəti ələ almaq üçün istifadə edir. Rusiyanın Azərbaycanı Avrasiya İttifaqında görmək istəməsidə sir deyil. Çünki Rusiya bu arzudadır. Ümumiyyətlə, post-savet ölkələrini Avrasiya İttifaqında görmək Rusiyanın başlıca məqsədidir. Amma həm Rusiya, həm də dünyanın digər güc dövlətləri də qəbul edir ki, Azərbaycanın mövqeyinə hər hansı bir formada təsir etmək mümkün deyil. Yəni Azərbaycan o dərəcədə güclü və müstəqil ölkədir ki, o ancaq öz maraqlarına cavab verəcək addımları atır, təmasları qurur, bu və ya digər təşkilatların içində iştirak edir. Bu baxımdan, Rusiyada Azərbaycanı başqa yolla Avrasiya İttifaqına cəlb etməyin mümkünsüzlüyünü görərək Azərbaycanın əsas probleminin həllində yaxından iştirak etməyə çalışır. Ona görə də, bu istiqamətdə müəyyən ehtimalar irəli sürmək olar.

- Bu gündən Rusiyanın Ermənistanla birgə hərbi təlimlərə başlaması rəsmi Moskvanın münaqişənin həllində bitərfli mövqe tuta biləcəyinə şübhələr yaratmır ki?

- Rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe bəlldir. Yəni Ermənistana dəfələrlə yardımların göstərilməsi, əvəzi ödənilmədən silah-sursatların ötürülməsi və Ermənistanda növbəti hərbi bazanın açılması kimi məsələlər vasitəçilik prinsiplərinə zidd olan məsələdir. Rusiya bu və ya digər maddi maraqlarının təmin olunması istiqamətində bütün addımlarını atır. Eyni zamanda, Ermənistanın vasitəsi ilə manevrlər etməsi də bir mənalı olaraq Ermənistanın hər hansı bir maraqını deyil, birbaşa Rusiyanın özünün mənafeynə xidmət edir. Ona görə də, bu gün Rusiya Ermənistanla hərbi təlimlər həyata keçirirsə təbii ki, bir vasitəçi kimi bu onun fəaliyyətinin səmərəliliyinə ciddi xələl gətirir. Amma bunlar tamamilə başqa məqsədlərə hesablanmış addımlardır.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə