Ombudsmanların XII Bakı Beynəlxalq konfransı davam edir FOTO

Ombudsmanların XII Bakı Beynəlxalq konfransı davam edir FOTO

İnsan hüquqları günü münasibətilə Müvəkkil tərəfindən sayca XII olan "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusuna həsr olunan Ombudsmanların növbəti ənənəvi Bakı Beynəlxalq konfransı öz işini davam etdirir. SİA-nın xəbərinə görə, konfransın bugünkü II sessiyasında moderator YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, Ədliyyə nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov və başqaları iştirak edir.

İlk olaraq çıxış edən konfransın moderatoru YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının I katibi Günay Əfəndiyeva tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, ölkədə qadınlar rolu olduqca böyükdür: "Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi baza mövcuddur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan qadın siyasəti indi də ölkəmizdə uğurla davam etdirilir. Hazırda qadınlar idarəçilikdə geniş təmsil olunur. Azərbaycanda qadınlar həmişə cəmiyyətdə öz rolu ilə seçilib. Azərbaycanın bu sahədə təcrübəsi artıq kifayət qədərdir. Azərbaycan müaisr tolerant və qadın hüquqlarının qorunması sahəsində təcrübəli bir ölkəyə çevrilib. Artıq ölkəmiz bu istiqamətdə beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırılır".

Konfrans iştirakçıların mövzu ətrafında çıxışları ilə davam edir.

Qeyd edək ki, iyulun 20-də tədbirin yekununda "Bakı Bəyannaməsi" qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə