"Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" Tədbir-FOTO
Bu gün İnsan hüquqları günü münasibətilə Müvəkkil tərəfindən sayca XII olan "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusuna həsr olunan Ombudsmanların növbəti ənənəvi Bakı Beynəlxalq konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransda baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKIDK) sədri Əli Həsənov, YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edir.
İlk olaraq çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə artıq bir neçə ildiri ki, 18 iyun tarixi ölkədə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur: "YUNESKO-nun dəstəyi ilə təşkil olunan bugünkü beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 15-dən artıq ölkəsindən 30-dan çox Ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər".
Konfrans gündəlikdə nəzərdə tutulan rəsmi şəxslərin mövzu ətrafında çıxışları ilə davam edir.
Qeyd edək ki, tədbirin yekununda iştirakçılar tərəfindən "Bakı Bəyənnamə"si qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB