Mübariz Qurbanlı: "Azərbaycan cəmiyyəti bu tipləri rədd edir" AÇIQLAMA

Mübariz Qurbanlı: "Azərbaycan cəmiyyəti bu tipləri rədd edir" AÇIQLAMA

"Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusun NATO-nun seminarında erməniçilik mövqeyindən çıxış etməsi siyasi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məsələ ilə bağlı SİA-ya verdiyi açıqlamasında bildirib ki, əslində, bu fərdin heç bir sosial dayağı yoxdur: "Azərbaycanda Leyla Yunus kimi adamların sözlərinə, fikirlərinə diqqət yetirən yoxdur. Onun özü, çəkisi, dediyi fikrin təsiri nə qədərdir ki, yaratdığı mərkəzin fəaliyyəti, verdiyi bəyanatları nə ola? Ümumiyyətlə, Leyla Yunus həmişə Azərbaycanın milli maraqlarına zidd hərəkətləri ilə tanınıb. Bu cür adamların adını çəkmək, onları reklam etmək düşünürəm ki, lazım deyil. İndiyə qədər yaratdıqları təşkilatları milli maraqlara zidd olub, bu dəfə də eyni addımları görməkdəyik".

YAP rəsmisi SDİ direktorunun eynilə ermənilərin mövqeyi ilə birgə hərəkət etdiyini bildirib və qeyd edib ki, onun mövcud xislətindən heç də təəccüblənmək lazım deyil: "Bu gün hər kəs bu adamın kimlərə və nəyə görə xidmət göstərdiyini bilir. Ermənilər Azərbaycana qarşı hansı fikirlərini irəli sürürlərsə Leyla Yunus da onlar qədər, hətta onlardan da artıq şəkildə anti-Azərbaycan mövqeyini nümayiş etdirir. Ona görə də hesab edirəm ki, Leyla Yunusun bu kimi hərəkətlərindən təəccüblənmək lazım deyil. Normal cəmiyyət, normal düşüncəli insanlar onun kimliyini yaxşı bilir və əlbəttə ki, qəbul etmirlər".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə