"Azərbaycan üçün nə neqativ hal mövcud olursa, bu Əli Kərimli və onun siyasi tayfası üçün toy-bayramdır, sevincdir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə AXCP sədri Əli Kərimlinin və onun nəzarətində olan "Azadlıq" qəzetinin ABŞ-dakı Helsinki Komissiyasının dinləmələrində ölkəmizlə bağlı səsləndirilən çoxsaylı pozitiv fikirləri kənara qoyaraq, kiçik neqativ fikirləri şişirdib, guya Azərbaycan hakimiyyətinin bundan narahat olması iddialarına münasibətini bildirərkən deyib.
ASDP sədri Əli Kərimliyə xitabən bldirdi ki, AXCP sədri və onun ətrafındakılar heç də demokrat deyillər, hətta Qarabağı Azərbaycandan ayrılaraq ermənilərə verilməsinin qatı tərəfdarlarıdırlar: "Əgər sabah Qarabağ rəsmi şəkildə ermənilərə verilsə, bizim demokratlar deyil, "dermo"kratlar, bunu bayram, seyran edəcəklər. Buna yüz faiz əmin ola bilərsiniz. Çünki "dermo"kratlardan yalnız bunu gözləmək olar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB