"Ermənistanın iğalçı, oğru və qaniçlən rəhbərliyi daha sərt siyasi böhrana düşəcəyinin fərqinə varmağa başlayıb"
"Məhz Aərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü müdrik xarici siyasəti, diplomatik səyi nəticəsində işğalçı Ermənistan və bu dövlətin prezidenti Serkj Sarkisyan beynəlxalq aləmdə növbəti rüsvayçılıqla qarşı-qarşıya qalmış oldu". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkə başçısı İlham Əliyevin Avrasiya İttifaqı ölkələrinin toplantısına göndərdiyi məktubda qondarma "Dağlıq Qarabağ Respublikası"nın həmin ittifaqa üzv ola bilməyəcəyi haqqında irəli sürdüyü tələbinə quruma daxil olan ölkələrin (Ermənistandan başqa) müsbət reaksiyanın verilməsinə münasibətini bildirərkən deyib.
Aydın Hüseynov eyni zamanda vurğulayıb ki, Ermənistan prezidenti heç də birinci dəfə belə rüsvayçılıqla qarşılaşmayıb: "Serj Sarkisyan dəfələrlə beynəlxalq toplantılarda İlham Əliyev cənablarının qətiyyətili mövqeyindən və yüksək diplomatik gedişlərindən sonra geriyə çəkilməyə məcbur olub. Məsələn, bu yaxınlarda keçirilən Praqa Sammitində Cənab Prezident Ermənistanın qondarma soyqırımı iddiası ilə bağlı qardaş Türkiyəni ittiham etməsinə dərhal sərt cavab verərərək, Sarkisyanı yerində otuzdurmuşdu. Lakin Onun bu dəfə, hətta iştirakçısı və üzvü olmadığı bir təşkilata göndərdiyi məktubu belə, erməni prezidentini geriyə çəkilməyə məcbur etdi. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin həmin məktubu oxumasından sonra Sarkisyanın belə bir çıxılmaz vəziyyətə düşməsini gözləmək mümkün idi. Çünki onun özü də çox yaxşı bilir ki, beynəlxalq qanun və və qətnamələr Qarabağın Ermənistan tərəfindən işğal olunmasını təsdiq edir. Belə olan vəziyyətdə hətta Ermənistana yaxınlığı ilə seçilən və bu dövləti satellit qismində vassal kimi saxlayan Rusiya tərəfi də Cənab Prezident İlham Əliyevin Avrasiya İttifaqına qoşulacaq ölkələrin toplantısına göndərdiyi məktuba etirazını bildirmədi".
YAP rəsmisinin fikrincə, bu faktor həm də belə qənaətə gəlməyə şərait yaratdı ki, əslində, dalana sıxılmış Ermənistan öz işğalçılıq siyasətini yürütdükcə, bütün önəmli layihələrdən kənarda qalmağa məcbur qalacaq: "Sarkisyan elə düşünürdü ki, onun ölkəsi Avrasiya İttifaqına qoşulan kimi, qondarma "DQR" müəyyən mənada iqtisadi və digər sahələrdə baqşqa ölkələrlə əməkdaşlıq şansını qazanacaq. Ancaq göründüyü kimi, Azərbaycan tərəfinin, İlham Əliyev Cənablarının kəskin və qətiyyətli siyasi gedişi Ermənistanın işğalçılıq siyasətinə köklü, sağalmaz yara vurdu. Bundan sonra Sarkisyanın qondarma "DQR"-ə xarici işlər nazirini göndərməsi, eləcə də düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməməsi daha açıq-aydın olaraq göründü. Yəni sözügedən amil hazırda Ermənistan hakimiyyətini çox ciddi bir böhrana doğru sürükləmiş oldu".
"Bu, həm də ölkə rəhbərimizin hücum diplomatiyasının növbəti uğurudur"-deyə qeyd edən YAP Siyasi Şurasının üzvü artlq Ermənistanın daha sıx-sıx bu kimi böhranlara düşəcəyini bildirib: "Məhz hücum diplomatiyasının uğurlu nəticələri belə düıünməyə zəmin yaradır ki, Ermənistanın iğalçı, oğru və qaniçlən rəhbərliyi daha sərt siyasi böhrana düşəcəyinin fərqinə varmağa başlayıb".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB