Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir

Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir

Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek sabah Azərbaycana rəsmi səfər edəcək. Bunu SİA-ya Çexiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Nazir səfəri çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri və maraq kəsb edən digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, xarici işlər naziri Azərbaycandan sonra Gürcüstana da səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə