Kəmaləddin Heydərov: "Prezident İlham Əliyev bizim qarşımıza vəzifə qoyub"
"Artıq bir neçə ildir ki, bu tədbirlər həyata keçirilir. Bu gün təşkil olunan sərgi özünəməxsusluğu ilə seçilir". SİA-nın məlumatına görə, bu gün Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təhsil Nazirliyi ilə birgə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycan seymsik və sürüşmə zonasında yerləşir: "Hər birimiz bu fəlakətlərin təbiətə, cəmiyyətə vurduğu zərərlərin zaman-zaman şahidi olmuşuq. Bu sərginin təşkilin əsas məqsədlərindən biri də odur ki, bu kimi fövqəladə hallara daim hazır olaq. Uşaqlqrımız bilməlidir ki, hər hansı bir qəza baş versə, özünü və ətrafındakıları necə xilas etməlidir. Hesab edirəm ki, bu baxımdan bu sərginin böyük əhəmiyyəti var. Arzu edirəm ki, bu kimi sərgilər ayrı-ayrı məktəblərdə keçirilsin və dərs vəsaitlərində yer alsın. Bu gün ölkəmiz günü-gündən inkişaf edir.
Azərbaycan enerji, qaz, neft və s. sahələrində getdikcə inkişaf edir. Bunu hər birimiz görür və şahidi oluruq. Azərbaycan Prezidentinin çıxışlarında da vurğulanıb ki, ölkəmiz öz iqtisadiyyatını inamla irəliyə doğru aparır. Cənab İlham Əliyevin bizim qarşımızda qoyduğu vəzifə cəmiyyətimizin təhlükəsiz həyatla təminatına yardımçı olmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB