Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi ilə əlaqədar Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davutoğluna başsağlığı məktubu ünvanlayıb. XİN-dən SİA-ya verilən məlumata görə, məktubda deyilir: "Cənab Nazir, əziz qardaşım, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB