Olland: “Fransa Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazırdır”
Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ probleminin həllini tapması üçün əlindən gələni etməyə hazırdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Fransa prezidenti Fransua Olland İrəvanda səfərdə olan zaman deyib.
Fransa dövlət başçısı Ermənistan Prezidenti Serj Sarkisyanla qatıldığı mətbuat konfransında vurğulayıb ki, atəşkəs sazişinin imzalanmasının 20 ili tamam olub, amma bu münaqişənin həll edildiyi demək deyil: "Münaqişə davam edir və bu minlərlə insanın həyatına son qoyub. Münaqişənin əsas həll yolu tapılmalıdır. Fransa etimad tədbirlərinin möhkəmləndirilməsi yollarının axtarışı üçün Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazırdır".
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB